Səfir: İtaliya TAPa böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir FOTO


Digərləri 13 Noy 2017 20:20:00 300 0

Səfir: İtaliya TAPa böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir  FOTO

İtaliyanın Mərkəzi hökuməti Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsinə böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir.

Son.az bildirir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini Energetika Nazirliyində keçirdiyi görüş zamanı deyib.

Səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əməkdaşlıq əlaqələri enerji sektorunda birgə layihələrlə daha da möhkəmlənəcək. Avropaya qazın yeni mənbədən daxil olması baxımından Trans-Adriatik (TAP) qaz boru kəmərinin nəinki İtaliya, bütövlükdə Avropa üçün vacibliyini vurğulayan səfir layihənin İtaliya əraizindən keçən hissəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, sentyabr-oktyabr aylarında TAP üzrə mühüm irəliləyişlər əldə olunub. İtaliya Konstitusiya məhkəməsi Trans-Adriatik (TAP) qaz boru kəmərinin Apuliya vilayətində tikintisinə icazə verib. Bütün bunlar isə göstərir ki, İtaliyanın Mərkəzi hökuməti layihəyə böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir.


Xəbərə aid fotolar