ŞimalQərb və CənubQərb nəqliyyat yollarının istifadəyə verilməsilə bir çox böyük ölkələrin əlaqələrinin yaradılması reallaşacaq


Digərləri 13 Noy 2017 20:03:00 273 0

ŞimalQərb və CənubQərb nəqliyyat yollarının istifadəyə verilməsilə bir çox böyük ölkələrin əlaqələrinin yaradılması reallaşacaq

Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yollarının istifadəyə verilməsilə bir çox böyük ölkələrin əlaqələrinin yaradılması reallaşacaq.

Son.az bildirir ki, bunu Trend-ə "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev deyib.

O, qeyd edib ki, oktyabrın 30-da dünya ictimaiyyəti cox böyük və bir çox ölkələr üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə şahidlik etdi - hamının səbirsizliklə gözlədiyi Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirildi:

"Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması önəmli tarixdir və nəticə etibarilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərə biləcək bir layihədir. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən nəhəng bir infrastruktur layihəsidir və bu kəmərlə Xəzərin şərq hissəsindən də neft nəql edilir. Bu da digər ölkələr üçün tranzit imkanlarının təmin edilməsi deməkdir. Bakı-Tbilisi-Ərzurum layihəsi də Azərbaycan, Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir və bu gün bu sahədə əməkdaşlıq uğurla inkişaf edir. Bu da o deməkdir ki, məhz icra edilmiş və yuxarıda qeyd etdiyim layihələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasını şərtləndirmişdir. Avropanın ən böyük infrastruktur layihələrindən biri olan və hazırda icrası uğurla davam etdirilən Cənub Qaz Dəhlizi də əsas etibarilə Azərbaycan, Gürcüstan, və Türkiyənin birgə fəaliyyətinin bəhrəsidir. Bu baxımdan deyə bilərəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələrinin - Azərbaycan, Gürcüstan və Türkiyənin mövqelərini daha da gücləndirəcək və hər üç ölkə bu layihədən əhəmiyyətli dərəcədə gəlir əldə edəcəkdir. Əlbəttə ki, layihənin əhəmiyyəti bununla bitmir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ixrac potensialını yüksəldəcək, tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək, biznesin inkişafı və bir sıra ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, müəyyən dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar və bu layihənin gerçəkləşməsini mümkünsüz hesab edirdilər. Bunu da Azərbaycanın, o cümlədən digər iki dövlətin texniki imkanlarının və maliyyə vəsaitlərinin zəif olması ilə əlaqələndirirdilər. Yadınızdadırsa, 23 il bundan öncə "Əsrin müqaviləsi" imzalananda da bir çox dünya dövlətləri buna ciddi yanaşmamışdılar. Ancaq Ulu öndər Heydər Əliyevin dönməz iradəsi, əzmkarlığı ilə o vaxt da, möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində indi də sübut edildi ki, Azərbaycanın təşəbbüsü ilə araya-ərsəyə gələn bütün layihələr öz təsdiqini tapır və uğurla reallaşır".

M.Babayevin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həm də etimad körpüsüdür, dövlətlər və xalqlar arasında birliyin, dostluğun möhkəmliyini, sarsılmazlığını şərtləndirir: