İranda zəlzələ nəticəsində bir sıra tarixi abidələr zərər görüb


Dünya 13 Noy 2017 19:51:03 319 0

İranda zəlzələ nəticəsində bir sıra tarixi abidələr zərər görüb

Əli Əsgər Munisan: "Onlar bərpa edilə bilər"

İranın qərb bölgəsində zəlzələ nəticəsində bir sıra tarixi abidələr zərər görüb.

"Report" "Fars" agentliyə istinadən xəbər verir ki, bu barədə İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsgər Munisan bildirib.

"Zəlzələ Kermanşah əyalətində 5 tarixi obyektə, İlam əyalətində isə 7 abidəyə zərər verib. Onlar bərpa edilə bilər", - Əli Əsgər Munisan deyib.

Qeyd edək ki, noyabrın 12-də İranla İraqın dövlət sərhədində 7,3 bal gücündə yeraltı təkanlar olub. Təbii fəlakət nəticəsində İranda 404 nəfər ölüb, 6 mindən çox insan isə yaralanıb. İraqda isə zəlzələdə ölənlərin sayı 8 nəfərə, xəsarət alanlar isə 425 nəfərə çatıb.