"Kəpəz"in futbolçusu ili başa vurdu


İdman 13 Noy 2017 18:45:00 253 0

"Kəpəz"in futbolçusu ili başa vurdu

“Kəpəz”in futbolçusu Fərid Məmmədov ilin yerdə qalan oyunlarında iştirak edə bilməyəcək.

Goal.az xəbər verir ki, zədəli olan gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.

Xatırladaq ki, bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu. Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Fəridin müalicə prosesi 20 gün davam edəcək.