Maradona əməliyyat olunub


İdman 13 Noy 2017 18:22:00 244 0

Maradona əməliyyat olunub

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub. 

Goal.az-ın məlumatına görə, sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən 57 yaşlı veteran bildirib ki, əməliyyat 1,5 saat çəkib və uğurlu olub: “Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm”.

Qeyd edək ki, Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” komandasının baş məşqçisidir.