Bolqarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb


Digərləri 13 Noy 2017 18:21:00 212 0

Bolqarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub. E.Məmmədyarov M.Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır. Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. E.Məmmədyarov səfir M.Xristovaya gələcək fəaliyyətində uğurlar arzu edib.