Bill Geyts Altsheymerlə mübarizə üçün 100 milyon dollar bağışlayacaq


Digərləri 13 Noy 2017 18:25:00 206 0

Bill Geyts Altsheymerlə mübarizə üçün 100 milyon dollar bağışlayacaq

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts Altsheymer xəstəliyi ilə mübarizə üçün 100 milyon dollar bağışlayacaq

Bakı. “Microsoft” şirkətinin təsisçisi Bill Geyts "Altsheymer" xəstəliyi ilə mübarizə üçün 100 milyon dollar bağışlayacaq. Trend-in məlumatına görə, bu barədə B.Geyts özü açıqlama verib. O, 50 milyon dolları Londonda fəaliyyət göstərən və bu xəstəliklə bağlı araşdırmalar həyata keçirən “Dementia Discovery” fonduna, qalan vəsaiti müxtəlif startaplara təqdim edəcəyini deyib. Qeyd edib ki, "Altsheymer" xəstəliyi beyni hüceyrələrinin məhv olması ilə nəticələnən psixi və funksional pozuntulara gətirib çıxarır. Bu xəstəliyin yaranmasının səbəbləri və müalicəsi hələlik məlum deyil.