Nazirlik mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir


Digərləri 13 Noy 2017 17:50:00 270 0

Nazirlik mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə "Bax, İstifadə et, Yarat!" adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edir.

Son.az bildirir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Müsabiqənin məqsədi:

Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqənin şərtləri:

Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz) Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir. Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

Müsabiqədə qiymətləndirmə meyarları:

Meyar

Bal

Əmsal

1

Sosial əhəmiyyət (S)

0-10

3

2

Funksionallıq (F)

0-10

2