Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər


Siyasət 13 Noy 2017 16:32:00 248 0

Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari vəziyyətin müzakirəsi olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri ərəfəsində deyib.

Dövlət başçısı səfəri çərçivəsində görüşlər zamanı regional, həmçinin energetika məsələlərinin müzakirə ediləcəyini bildirib:

"Türkiyə və Rusiya bütün sahələrdə münasibətləri möhkəmləndirmək niyyətindədirlər".

R.T.Ərdoğan vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidenti Vladimir Putinlə görüşünün gündəliyində ola bilər: "Bu məsələ Putinlə ikitərəfli görüşdə müzakirə edilə bilər".

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri Soçidə görüşəcəklər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində