Bakıda "BMW"dən xeyli pul oğurladılar


Digərləri 13 Noy 2017 16:34:00 215 0

Bakıda "BMW"dən xeyli pul oğurladılar

Bakıda avtomobildən oğurluq etmiş şəxs tutulub.

Son.az DİN-ə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Araz Əmiraslanovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 24-də Ruslan Məcidova məxsus "BMW" markalı avtomobildən 6500 manat və 200 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.