Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açıldı


Siyasət 13 Noy 2017 16:36:00 56 0

Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açıldı

Bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılıb.

Son.az bildirir ki, bu barədə Türkiyədəki qaynaqlarının musavat.com-a verdiyi məlumatda deyilir. Məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addım atılıb.

Qeyd edək ki, bu şəxslərin Azərbaycana qarşı həqarəti ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də kəskin etirazlara səbəb olmuşdu. Ayri-ayrı ictimai, siyasi xadimlər Azərbaycanı üzən bu addımı lənətləmişdilər və bu davada Ermənistanın yanında yer alan 4 yazarın beynəlxalq hüquqa, Azərbaycan qanunlarına, həmçinin Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zidd olan addımına qiymət verilməsini zəruri saymışdılar. Azərbaycanda da 4 xainin cəzalandırılması istiqamətində hüquqi prosedurların həyata keçirilməsi üçün çoxsaylı çağırışlar və etirazlar səslənmişdi, qardaş ölkə hakimiyyətinə müraciətlər edilmişdi. Hesab olunurdu ki, Türkiyə dövləti Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozan vətəndaşlarını cəzalandırmasa, bu, ən azı anlaşılan olmaz. Çünki Türkiyə o dövlətdir ki, Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonrakı 24 il ərzində Ermənistanın üzünə sərhədlərini qapayıb. İndi 4 Türkiyə vətəndaşının Ermənistanı yolu ilə Qarabağa gəlməsi, qayıdandan sonra ermənilərin menyusuna uyğun açıqlamalarla çıxış edib özlərinə bəraət qazandırmaları cavabsız qalmamalı idi. Elə "Yeni Müsavat" son sayında Azərbaycanın müvafiq qurumlarının növbəti dəfə Türkiyə dövlətinə müraciət etməsi, xainlərin cəzalandırılmasını israrla tələb edən deputat və ziyalılarımızın fikirlərini ictimailəşdirmişdi. Görünür, qardaş Türkiyə dövləti Azərbaycanın ictimai rəyini də nəzərə alaraq, ölkədəki digər ermənipərəstlərə dərs olacaq addımı atıb.

Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Azərbaycanda hələ sentyabr ayında cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Bildirilirdi ki, həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda "BMW"dən xeyli pul oğurladılar like
  • 13 Noy 16:34  
Digərləri Bakıda "BMW"dən xeyli pul oğurladılar

Bakıda avtomobildən oğurluq etmiş şəxs tutulub.

arrow Ətraflı
Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər like
  • 13 Noy 16:32  
Siyasət Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari və

arrow Ətraflı
ABŞ-da gecə klubunda atışma - Ölən və yaralananlar var like
  • 13 Noy 16:30  
Digərləri ABŞ-da gecə klubunda atışma - Ölən və yaralananlar var

ABŞ-ın Atlanta şəhərində gecə klublarının birində atışma baş verib

arrow Ətraflı
"İdeal Saat" və ""İdeal"da məni tap" like
  • 13 Noy 16:30  
Digərləri "İdeal Saat" və ""İdeal"da məni tap"

Hər bir qadın daim ideal gözəlliyə sahib olmağın arzusunda olur. Hələ q

arrow Ətraflı
Vəziyyəti ağır olduğu deyilən aktrisa: like
  • 13 Noy 16:27  
Kriminal Vəziyyəti ağır olduğu deyilən aktrisa:

Ötən gün səhhəti ağırlaşaraq xəstəxanaya yerləşdirilən aktrisa, əm

arrow Ətraflı
"Axund"ların ləğv olunmasına başlanıldı like
  • 13 Noy 16:25  
Digərləri "Axund"ların ləğv olunmasına başlanıldı

"İstəyirik ki, "İslam Həmrəyliyi ili" çərçivəsində bel

arrow Ətraflı
Məşhur sənətçi hamam xələtində aparıcılıq etdi  FOTO like
  • 13 Noy 16:21  
Digərləri Məşhur sənətçi hamam xələtində aparıcılıq etdi FOTO

Londonda " 2017 MTV Europe Music Awards" mükafatlarının təqdimat mərasimi k

arrow Ətraflı
Bacısının başını kəsib azadlığa çıxan qızla bağlı YENİ MƏHKƏMƏ like
  • 13 Noy 16:17  
Digərləri Bacısının başını kəsib azadlığa çıxan qızla bağlı YENİ MƏHKƏMƏ

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsi

arrow Ətraflı
Türkiyə prezidenti: “Bunlar kimi aldadırlar, dünya axmaq deyil” like
  • 13 Noy 16:12  
Dünya Türkiyə prezidenti: “Bunlar kimi aldadırlar, dünya axmaq deyil”

Ərdoğan: “Biz İraqa ABŞ-ın girməsini istəməmişdik”

arrow Ətraflı
İtalyan futbolçu meydana maska ilə çıxacaq like
  • 13 Noy 16:12  
İdman İtalyan futbolçu meydana maska ilə çıxacaq

Futbol üzrə İtaliya yığmasının və “Milan”ın m&u

arrow Ətraflı
SOCAR İtaliyada neft emalı zavodu ala bilər like
  • 13 Noy 16:12  
Digərləri SOCAR İtaliyada neft emalı zavodu ala bilər

Azərbaycan, İran və Əlcəzairin milli neft şirkətləri "Lukoil"

arrow Ətraflı
"10 dəfə əməliyyat olunmuşam, 8i xəstəlikdən" like
  • 13 Noy 16:08  
Şou-biznes "10 dəfə əməliyyat olunmuşam, 8i xəstəlikdən"

ARB TV-nin "Məşhurla bir gün" verilişinin növbəti qonağı mü

arrow Ətraflı