Məşhur sənətçi hamam xələtində aparıcılıq etdi FOTO


Digərləri 13 Noy 2017 16:21:00 265 0

Məşhur sənətçi hamam xələtində aparıcılıq etdi  FOTO

Londonda " 2017 MTV Europe Music Awards" mükafatlarının təqdimat mərasimi keçirilib

Londonda " 2017 MTV Europe Music Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Son.az The Sun-a istinadən bildirir ki, Uemblidəki "SSS Arena"dakı mərasimə məşhur britaniyalı müğənni Rita Ora hamam xələtində qatılıb.

"Palomo Spain" brendinin əsəri olan bu geyim "stereotipləri dağıdan paltar" kimi təqdim olunmuşdu.

Əynində xələt, başında dəsmal olan Rita Ora səhnəyə də bu görkəmdə çıxıb və şouya aparıcılıq edib.

"Ən yaxşı mahnı" nominasiyasında qalib Şon Mendesin ifa etdiyi "There's Nothing Holdin' Me Back" olub. Halobuki Luis Fonsi, Castin Biber və Deddi Yankinin birgə əsəri, YouTube tarixində ən populyar mahnı "Despacito" favorit sayılırdı.

19 yaşlı kanadalı müğənni Şon Mendes "Ən yaxşı ifaçı" nominasiyasında da Ariana Qrande, Ed Şiran, Teylor Svift, Mayli Sayrus və Kendrik Lamar kimi rəqiblərini qabaqlayaraq qalib sayılıb.