Əkin sahəsində tank əleyhinə mina aşkarlanıb (FOTO)


Digərləri 13 Noy 2017 16:05:00 255 0

Əkin sahəsində tank əleyhinə mina aşkarlanıb (FOTO)

Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib.

Bakı. Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qarasu kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən əkin sahəsində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq 13 noyabr 2017-ci il tarixində partlayış yolu ilə zərərsizləşdirilib.