Elşad Oksananı qısqandığına görə döyüb?


Şou-biznes 13 Noy 2017 15:51:00 260 0

Elşad Oksananı qısqandığına görə döyüb?

Xəbər verdiyimiz kimi, reper Elşad Xose keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hər iki tərəf bu davanın əsl səbəbini açıqlamayıb.

"Xəzər maqazin" Oksana və Elşadla bağlı süjet hazırlayıb. Bildirilib ki, Elşadın Oksananı döyməsinə qısqanclıq səbəb olub. Rəqqasə hətta xəstəxanalıq olub. 

Oksana bununla bağlı suallara "Mənə məxsus olan bir problemdir. Heç kimin həyatını müzakirə etmək olmaz. Hər şeyim, görünüşüm yerindədir. Bir də gördünüz ailə həyatı qurdum. Hər şey yolundadır. Tək qalan deyiləm ki, hər şey ola bilər. Heç bir kişidən asılı olmayan qadınam. Bəzi kişilər məndən asılı olur" deyərək, soruşulanlardan yayınmağa çalışıb.