Hindistanda bərə çevrilib: 19 ölü


Digərləri 13 Noy 2017 15:40:41 234 0

Hindistanda bərə çevrilib: 19 ölü

Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb.

Bakı. Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, Krişna çayında 38 sərnişini, 3 nəfərlik ekipajı olan bərə çevrilib. Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub, 4 nəfər itkin düşüb. Sərnişinlər dini mərasimdə iştirak etməyə gedirlərmiş. Bərənin sahilə yaxın zonada çevrildiyi bildirilir. Şahidlər və xilasedicilər təqribən 20 nəfəri xilas edə biliblər. Qəzaya səbəb kimi bərənin həddindən artıq yüklənməsi göstərilir.