İngiltərə klublarında məşqçi dəyişikliyi ilə bağlı araşdırma aparılıb


İdman 13 Noy 2017 15:28:00 312 0

İngiltərə klublarında məşqçi dəyişikliyi ilə bağlı araşdırma aparılıb

BBC son 20 ildə ingilis klublarında baş verən məşqçi dəyişiklikləri ilə əlaqədar araşdırma aparıb. Goal.az xəbər verir ki, bu müddətdə hər klubun orta hesabla 12 məşqçi dəyişdirməsi məlum olub. Bu baxımdan mütləq lider "Notts County" klubudur. Aşağı liqa təmsilçisi 20 ildə 23 dəfə baş məşqçi dəyişib. "İlk üçlük"də "Crystal Palace" (21) və "Portsmouth" (19) da var.

Eyni zamanda "uğur indeksi" əsasında klubların reytinqi müəyənləşdirilib. Bu reytinq klubların titul qazanmasına əsasən hazırlanıb. İlk yerləri "Manchester United" (4 məşqçi), "Chelsea" (14 məşqçi) və "Arsenal" (məşqçi dəyişikliyi olmayıb) tutub.