9 uşaq anası ailəsini atdı, məşuquna "qovuşdu" FOTO


Digərləri 13 Noy 2017 14:49:00 311 0

9 uşaq anası ailəsini atdı, məşuquna "qovuşdu"  FOTO

"Onu əsla bağışlayan deyiləm. Onu övladları, Tanrı da bağışlamaz"

Onu əsla bağışlayan deyiləm. Onu övladları, Tanrı da bağışlamaz.

İngiltərənin Cənubi Taynsayd səmtindəki Şərqi Boltonda yaşayan 44 yaşlı Endi Hepvort belə deyir.

Onun arvadı, 44 yaşlı Haydi ailəsini, ərini və 9 övladını ataraq Qambiyadan olan məşuqu Mamadu Callounun yanına yollanıb.

Son.az The Sun-a istinadən bildirir ki, Haydi Hepvortun dediyinə görə, hər şey martda başlanıb.

"Məhz mart ayında Facebook-da tanımadığım kişilərin yazdıqlarına cavab verməyə başladım. Onların arasında Mamadu da vardı. Qambiyalı bu gənclə yazışdıq, ona vuruldum, sevdim. Sonra da yanına yollandım", - Haydi Hepvort deyib.

İndiyədək əsla Britaniyanı tərk etmədiyini, xarici ölkələrdə olmadığını deyən 44 yaşlı Haydinin sözlərinə görə, ötən aydan bəri Qambiyada, sevgilisi Mamadu ilə birlikdə yaşayır.

23 illik nikahda olduğu ərini və uşaqlarını atıb Afrikaya, məşuqunun yanına yollanan qadın "həyatında ilk dəfə əsl sevgi yaşadığını" vurğulayıb.


Xəbərə aid fotolar