Paytaxtda 3 metr dərinlikdə çuxura düşən şəxs xilas edildi


Digərləri 13 Noy 2017 14:17:00 306 0

Paytaxtda 3 metr dərinlikdə çuxura düşən şəxs xilas edildi

Yasamal rayonunda 3 metr dərinliyində çuxura düşən şəxs xilas edilib.

Son.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər çuxura düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı dərinliyi 3 metr olan çuxurdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.