Faydalı qazıntı və sənaye tullantılarından gübrə əldə olunub


Digərləri 13 Noy 2017 13:50:00 366 0

Faydalı qazıntı və sənaye tullantılarından gübrə əldə olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun bir qrup alimi faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar apararaq uğurlu nəticə əldə edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dağ-mədən işlərində üzə çıxan tullantılardakı təbii mineral birləşmələr neft sənayesinin tullantılarındakı birləşmələrə əlavə edilib və nəticədə əldə olunan gübrə kənd təsərrüfatında istifadəyə yararlı hala gətirilib. Tədqiqatlara rəhbərlik edən Geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanov qeyd edib ki, nəzərdə tutulan gübrənin əldə olunması üçün azot, fosfor və kaliumun olması gərəkdir ki, bunlar da sözügedən sənaye tullantılarından əldə edilir.

Əldə olunmuş nəticə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib və hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında qurğuda testdən keçirilməyə hazırlanır.