Deputat: "Kinematoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər"


Digərləri 13 Noy 2017 13:38:22 144 0

Deputat: "Kinematoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər"

"Büdcəyə pul gətirən sahələrin inkişafına vəsait ayrılması vacibdir"

"Hər hansı bankın ziyan etməsi vətəndaşın günahı deyil. Vətəndaş neynəsin ki, hər hansı bank büdcəyə ziyan vurub?" 

"Report" xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında bildirib.

"Vətəndaşın sağlamlaşdırılması üçün büdcədə addımlar atılmalıdır. İnsanların sosial şərtlər altında əzilməməsi üçün işlər görülməlidir. Əgər bu gün prezident təqaüdçüsü özünə dərman ala bilmirsə, deməli, bu haqda ciddi düşünmək lazımdır".

Deputat həmçinin büdcəyə pul gətirən sahələrin inkişafına vəsait ayrılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, kinematoqrafiyaya, turizmə ayrılan vəsait gələcəkdə büdcəyə gəlir gətirə bilər.