İranda zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı olub? - Səfrilikdən cavab


Digərləri 13 Noy 2017 13:42:00 206 0

İranda zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı olub? - Səfrilikdən cavab

İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bakı. Fərhad Daneşvər - İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur. BunuTrend-ə Azərbaycanın İrandakı səfirliyindən bildiriblər. Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb. 70 min iranlı evsiz qalıb. Son məlumata görə, İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var. Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.