Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı...


Digərləri 13 Noy 2017 13:25:00 256 0

Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı...

ATV-də yayımlanan "Vicdan haqqı" serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb:

"Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm. Farizin özünü asdığı səhnə isə mənim ölümümlə nəticələnəcəkdi. Çünki rejissor "stop" deyən kimi halım pisləşdi, nəfəs ala bilmədim. Şok keçirtdim və... ürəyim dayandı. Sonradan bildim ki, ətrafımdakılar həyəcandan nə edəcəklərini bilməyiblər. Məni özümə gətirmək üçün üzümü sillələyib, ürəyimi masaj edib, süni nəfəs veriblər. Təsəvvür edin, sanki kənardan durub baş verənləri izləyirdim. Məni Allah saxladı, bəlkə də həmin vaxt tibbi yardım göstərilməsəydi, öləcəkdim.