Milli Məclisdən rayon və şəhər büdcələrinin formalaşması ilə bağlı TƏKLİF


Digərləri 13 Noy 2017 13:23:00 207 0

Milli Məclisdən rayon və şəhər büdcələrinin formalaşması ilə bağlı TƏKLİF

Azərbaycanın rayon və şəhərləri öz büdcələrinin formalaşmasında fəal olmalıdır.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın rayon və şəhərləri öz büdcələrinin formalaşmasında fəal olmalıdır. Trend-in məlumatına görə, bunu 2018-ci ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov bildirib ki, rayon və şəhərlər investisiyalar cəlb etməlidirlər: “Təbii ki, Azərbaycan dövlətinin qüdrəti imkan verir ki, şəhər və rayonları datasiya ilə maliyyələşdirsin. Amma bu məsələlər bir-biri ilə o qədər bağlıdır ki, bir sahənin inkişafı digər sahənin inkişafı ilə uzlaşa bilmir. Biz bu məsələlərə baxmalıyıq. Söhbət büdcədən hansısa artımdan və azalmadan getmir, söhbət yerli icra strukturlarının təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılmasından gedir”. F.Muradov hesab edir ki, rayon və şəhərlərdə bu istiqamətdə islahatların getməsi mütləqdir.