Prokuror keçmiş MTN generalının 15 il azadlıqdan məhrum edilməsini istəyib


Sosial 13 Noy 2017 13:15:10 299 0

Prokuror keçmiş MTN generalının 15 il azadlıqdan məhrum edilməsini istəyib

Hər iki şəxsin hərbi rütbəsi də alınacaq

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 il və A.Mehdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin, prokuror hər iki şəxsin hərbi rütbəsinin alınmasını, onların əmlaklarının müsadirə olunmasını istəyib.