Azərbaycanda pnevmaniya xəstəliyi çox geniş yayılıb


Digərləri 13 Noy 2017 13:16:03 255 0

Azərbaycanda pnevmaniya xəstəliyi çox geniş yayılıb

Azərbaycanda pnevmaniya (sətəlcəm) xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, regionlarda bu xəstəliyin yayılmasına daha çox rast gəlinir.

N.Fərəcova əlavə edib ki, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil.

O, Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlindiyini söyləyib.