Misirdə zəncirvari qəzada 24 avtomobil toqquşub


Digərləri 13 Noy 2017 13:14:03 178 0

Misirdə zəncirvari qəzada 24 avtomobil toqquşub

Misirin paytaxtı Qahirə yaxınlığında sıx duman və yağış səbəbi ilə zəncirvari qəza baş verib

Bakı. Misirin paytaxtı Qahirə yaxınlığında sıx duman və yağış səbəbi ilə zəncirvari qəza baş verib. Trend-in məlumatına görə, qəza zamanı 24 avtomobil toqquşub. Hadisə nəticəsində 39 nəfərin xəsarət aldığı bildirilir. Polisin məlumatına əsasən, qəzaya duman şəraitində yüksək sürət də səbəb olub.