Günaydan qalmaqallı sözlər: "İradənin Azərbaycan şoubiznesində yeri yoxdur"


Şou-biznes 13 Noy 2017 12:55:00 337 0

Günaydan qalmaqallı sözlər: "İradənin Azərbaycan şoubiznesində yeri yoxdur"

"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı müğənni Günay İbrahimli olub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ən çox sevdiyi on mahnını sıralayıb. 

Günay Murad Arifin "Partlat" mahnısını sonuncu sıraya qoyub:

"Murad Arifin adını qarışqa qoymuşam. Amma "Patlat" mahnısı mənim zövqümdə deyil. Yalan danışmayım, mahnı hit deyil. Ramalın mahnısı yeni işıq üzü görüb. Bir aydan sonra bəlkə partladı, amma indi yox. Siyahıda doqquzuncu olsun".

Müğənni İradə İbrahimovanı Azərbaycan şou-biznesində görmədiyini deyib:

"İradə İbrahimovanı bəyənirəm. Öz yerini qoyub gedib, gəlib doldurmalıdır. Amma doldura bilməyib. Onun şou-biznesdə hazırda yeri yoxdur. Mahnısı da sevilmir, səkkizinci olsun.

Yeddinci yer Sevda Yahyayeva olsun. Azərbaycansayağı bir mahnıdır. Düşünürəm ki, Elçin Cəfərov "Bezdim" mahnısı ilə yenidən geri qayıtdı. Ona görə də altıncı yerdə onu görürəm". 

Günay əməkdar artist Röya Ayxanı beşinci yerə layıq görüb: