Benzinin qiyməti ilə bağlı proqnoz AÇIQLANDI


Digərləri 13 Noy 2017 12:46:00 249 0

Benzinin qiyməti ilə bağlı proqnoz AÇIQLANDI

"Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov qeyd edib ki, Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

"Premium" markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir. Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.