Fikrət Qocanın nəvəsi atasını öldürən şəxslərdən şikayətçi olmayıb


Sosial 13 Noy 2017 12:27:15 254 0

Fikrət Qocanın nəvəsi atasını öldürən şəxslərdən şikayətçi olmayıb

Prokuror Xalq şairi Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Nəhmədovun 19 il, R.Məmmədovun 4 il, P.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Y.Qocayevin oğlu Əli Qocayev bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil.