Heç vaxt görmədiyiniz "Mercedes" modelləri FOTO


Digərləri 13 Noy 2017 12:37:00 422 0

Heç vaxt görmədiyiniz "Mercedes" modelləri  FOTO

Hər birimiz çox yaxşı bilirik ki, "Mercedes-Benz" dünyanın ən nəhəng avtomobil istehsalçılarından biridir. Bu kompaniya hər kəsin dilindən düşməyən məşhur alman keyfiyyətinin canlı nümunəsidir.

Son.az xəbər verir ki, ölkəmizdə də "Mercedes" markalı avtomobillər geniş kütlə tərəfində sevilir. Əsasən də, bir az yaşlı modellerə üstünlük verilir.

Avtomobil nəhəngi vaxtilə hər kəsin öyrəşdiyi avtomobillərdən başqa ekspremental modellər üzərində işləyib. Bu prototiplərin hər biri unikal avtomobildir və çətin ki, siz onları nə vaxtsa görmüsünüz.

Həmin modellərlə sizi tanış edirik:

1. Mercedes-Benz C111-1

Bu avtomobil haqqında olan məlumatlar bu günə kimi sirr olaraq saxlanılır. Lakin şirkət model haqqında olan bütün məlumatları gizləyə bilməyib. "C111-1"-i özəl edən ən böyük xüsusiyyəti dizaynının Bruno Sakka tərəfindən edilməsidir. Bildiyimiz kimi Bruno şirkət tarixinin ən dahi dizayneri sayılır.

Bu model yarışlar və kütləvi satış üçün yox, "Mercedes"in yeni mühərrik və müxtəlif idarə etmə sistemlərini test etmək üçün idi. "C111-1"in yalnız bir ədəd istehsal olunub. Düzdür, avtomobil nəhəngi daha 4 ədəd "C111" istehsal etsə də, onlardan heç biri bu modelə bənzəmirdi.

2. Mercedes-Benz C111-IV

Bu avtomobil, haqqında danışdığımız "C111-1" modelinin davamçısıdır. Çox qəribə xarici görünüşə malik olan "C111-IV"də test üçün hazırlanmışdı. Yüksək sürətlərdə aerodinamik xüsusiyyətləri öyrənmək üçün istifadə olunan avtomobil 4.8 litrlik 500 at gücünə malik "bi-turbo" mühərriklə təhciz olunmuşdu.

5 may 1979-cu ildə pilot Hans Leybal bu modellə dairə yarışlardakı maksimal sürət rekordunu yenilədi. O, təyyarəyə bənzəyən "Mercedes"lə 403 km/saata qədər sürətlənməyi bacarmışdı. Düzdür, günümüzün "hiperkar"ları üçün bu sürət həddi elə də böyük bir şey deyil. Amma unutmayaq ki, söhbət keçən əsrin 70-ci illərinin sonundan gedir.


Xəbərə aid fotolar