Whatsappdan göndərilən linkə diqqət: Qəbirstanlığa gedib... FOTO


Dünya 13 Noy 2017 12:25:31 280 0

Whatsappdan göndərilən linkə diqqət: Qəbirstanlığa gedib...  FOTO

"Qardaşım qolumu kəsəndə gördü, məni xəstəxanaya çatdırdı, hazırda yaxşıyam, psixoloji yardım alıram"

Rusiyadan dünyaya yayılan və 142 yeniyetməni intihara sürükləyən mavi balina oyununun tələsindən xilas olan gənc başına gələnləri mətbuata danışıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiyada hazırlanan mavi balina oyunu bütün dünyaya təhlükə saçır. Bəzi ölkələrdə intiharların sayı artdığına görə oyuna girişə qadağa qoyulub.

Hindistanda özəl şirkətdə işləyən 22 yaşlı Aleksandr K. adlı oğlan açıqlamasında deyib:

"Oyun 50 təlimatdan ibarətdir. Oyunun linkini Whatsapp-dakı qrupa əlavə etmişdilər. Nə olduğuna fikir vermədən linkə daxil oldum. Linkə daxil olduqda mavi balina oyunu açıldı və kontaktdakı bütün nömrələrim oğurlandı. Oyun adamda bağlılıq yaradır. Hər gecə saat 2-də oyanıb oyunun verdiyi təlimatları yerinə yetirirdim. Bir neçə gün sonra telefondakı şəkillərimin də ələ keçirildiyini öyrəndim.