Türkiyə İraqda zəlzələ zonasına axtarışxilasetmə komandası göndərdi


Dünya 13 Noy 2017 12:28:00 280 0

Türkiyə İraqda zəlzələ zonasına axtarışxilasetmə komandası göndərdi

Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarəsi (AFAD) İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.

O qeyd edib ki, 30 xilasedici artıq Türkiyə-İraq sərhədindədir, daha 70 xilasedici isə ölkənin şərqinə göndəriləcək.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb. Yaralıların sayı isə 2500-ə çatıb.