Benzema: "Deşam millinin baş məşqçisi olduğu müddətdə ora dəvət almayacam"


İdman 13 Noy 2017 12:14:00 269 0

Benzema: "Deşam millinin baş məşqçisi olduğu müddətdə ora dəvət almayacam"

"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa millisində qayıtmaq istədiyini növbəti dəfə dilə gətirib. Goal.az xəbər verir ki, 29 yaşlı forvard "L`Equipe" nəşrinə açıqlamasında bu barədə danışıb.

"Didye Deşamın komandasında oynamaq istərdim. Millidə hücum xəttinə namizədlərdən biri də mənəm. Yaxşı mövsüm keçirsəm də, Fransada təşkil olunan Avropa çempionatından kənarda qaldım. Baş məşqçi ilə aramızda heç bir problem yoxdur. Buna baxmayaraq, başa düşürəm ki, Deşam baş məşqçi olduğu müddətdə milliyə dəvət almayacam. AVRO-2016-dan öncə turnirə niyə aparılmadığım mənə izah edilmədi. Dünya çempionatına gedəcəyimdən ümidimi üzmürəm. Eyni zamanda gərək özümüzü aldatmayaq. Artıq 2.5 ildir millidən kənarda qalmışam".

2015-ci ilin noyabrında Matye Valbuenanın intim məzmunlu video ilə şantajında iştirakında görə millidən kənarlaşdırılan Benzema fransız azarkeşlərin də "gözünün düşməni"dir. O, Fransanın dövlət himnini oxumadığına görə yerli federasiyanın prezidenti Noel le Qre və bəzi siyasətçilər tərəfindən də tənqidə məruz qalmışdı.