Tbilisinin yeni meri vəzifəsinin icrasına başlayıb


Dünya 13 Noy 2017 12:18:08 297 0

Tbilisinin yeni meri vəzifəsinin icrasına başlayıb

K.Kaladzeni sələfi David Narmaniya qarşılayıb və onu meriyanın fəaliyyəti, binası və əməkdaşları ilə tanış edib

Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladze vəzifəsinin icrasına başlamaq məqsədi ilə bu gün səhər meriyaya gəlib.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, K.Kaladzeni mer vəzifəsindən gedən sələfi David Narmaniya qarşılayıb və onu meriyanın fəaliyyəti, binası və əməkdaşları ilə tanış edib.

"Bu gündən etibarən yeni mer rəsmən vəzifəsinin icrasına və meriyaya rəhbərlik etməyə başladı. Ona uğurlar və şəhərimizin hər bir vətəndaşı üçün çox əhəmiyyətli olacaq bir çox faydalı layihə və proqramlar həyata keçirməyi arzulayıram", - D.Narmaniya bildirib.