Kriptovalyuta bazarında xaos başlayıb


İqtisadiyyat 13 Noy 2017 11:45:29 256 0

Kriptovalyuta bazarında xaos başlayıb

Bitkoinlərin qiymətində ucuzlaşma davam edəcək

Qlobal kriptovalyuta bazarında kəskin dalğalanmalar başlayıb. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, dünənki hərraclarda (bitkoinlə əməliyyatlar bazar günü də aparılır) bitkoinin (BTC) qiyməti tarixi maksimum səviyyədən 30% aşağı düşərək 5 500 dollara geriləyib. Əksinə, "Bitcoin Cash" (BCH) noyabrın 11-də 650 dollardan noyabrın 13-də 2 790 dollara qədər, başqa sözlə 4,3 dəfə artıb.

Hazırda BTC-nin qiyməti 6 200 dollar, BCH isə 1 200 dollar təşkil edir. "Report"un analitik qrupu bitkoinlərdə müşahidə olunan sərt dalğalanmaların kiçik investorları çaşdırmaq məqsədi daşıdığını bildirir, qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırır.