Gürcüstanda 18 nazirlikdən 5-i ləğv olunub


Dünya 13 Noy 2017 11:22:39 257 0

Gürcüstanda 18 nazirlikdən 5-i ləğv olunub

Kadr islahatları hüquq-mühafizə və prokurorluq orqanlarında da aparılacaq

"Gürcüstanın hökumət strukturlarında islahatlar bundan sonra da davam edəcək".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Kvirikaşvili noyabrın 13-də keçirdiyi brifinqdə deyib. 

O qeyd edib ki, hökumətin tərkibində kadr dəyişikliyi edilib. Belə ki, İqtisadiyyat və Energetika nazirlikləri birləşdirilib. Bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvili rəhbərlik edəcək. D.Kumsişvili həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları" SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Baş nazirin sozlərinə görə mədəniyyət və idman nazirlikləri də birləşdirilib. Ümumilikdə isə 18 nazirlikdən 5-i ləgv olunub. G.Kvirikaşvilinin sözlərinə gorə, kadr islahatları hüquq-mühafizə və prokurorluq orqanlarında da aparılacaq.