Azərbaycanda da zəlzələ ola bilərmi?


Digərləri 13 Noy 2017 10:31:32 262 0

Azərbaycanda da zəlzələ ola bilərmi?

İran-İraq sərhədində baş vermiş zəlzələ zamanı yaranan dərinlik qırılmalarının Azərbaycanla əlaqəsi yoxdur.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, İranda baş verən zəlzələnin Azərbaycanda olan zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur:

"Həmin zəlzələ Azərbaycanda o dərəcədə güclü hiss olunmayıb ki, ocaqlarda zəlzələ baş versin".

Q.Yetirmişli əlavə edib ki, Azərbaycanda hər gün zəif təkanlar qeydə alınsa da, güclü, dağıdıcı zəlzələnin olması təhlükəsi yoxdur.