Ceyhan limanından 341 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb


Digərləri 13 Noy 2017 10:30:00 239 0

Ceyhan limanından 341 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Oktyabr ayında Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılıb.

Bakı. Oktyabr ayında Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılıb. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil edin. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.