İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, 1600-dən çox adam xəsarət alıb - VİDEO - YENİLƏNİB-7


Dünya 13 Noy 2017 10:02:00 295 0

İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, 1600-dən çox adam xəsarət alıb - VİDEO - YENİLƏNİB-7

Dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Bu barədə "Report" "Press TV"yə istinadən xəbər verir.

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

***09:22

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. 

"Report" AFP-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1600 nəfər xəsarət alıb.

***05:55

Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə İranın Mülki Müdafiə Xidmətinə istinadən "Fars News Agency" məlumat yayıb.

Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir.

***04:15

Bakı. 13 noyabr.