Bakıda sərxoş sürücü maşını yanacaq doldurma məntəqəsinin divarına vurub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 13 Noy 2017 09:57:00 299 0

Bakıda sərxoş sürücü maşını yanacaq doldurma məntəqəsinin divarına vurub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Qəzaya yüksək sürət səbəb olub

Bakının Nizami rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 28 yaşlı Rzayev Samir Akif oğlu idarə etdiyi "10-UO-528" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə Elşən Süleymanov küçəsində hərəkətdə olarkən sürət həddini aşdığı üçün idarəetmədən çıxıb.

Nəticədə maşın əvvəlcə yol kənarındakı səkiyə çırpılıb. Bu zaman avtomobilin ön təkəri qırılıb. Ardınca avtomobil Rüstəm Rüstəmov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin beton səddinə dəyib.

Qəza nəticəsində avtomobildə olan sürücü S.Rzayev və 28 yaşlı sərnişin Ağayev Yavər Baloğlan oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Y.Ağayevin vəziyyəti ağırdır.

Hadisə yerinə Nizami Rayon Dövlət Yol Polis şöbəsinin əmməkdaşları gəlib.

Müəyyən olunub ki, hadisəni törədən sürücü S.Rzayev maşını sərxoş vəziyyətində idarə edib. Qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.