Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq edib


Kriminal 13 Noy 2017 08:30:00 302 0

Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq edib

Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Zabrat qəsəbəsində İstilik Kombinatı kimi tanınan ərazidə yaşayan 55 yaşlı İsmayılova Lətifə Abuzər qızı ailə-məişət münaqişəsi zəminində kürəkəni ilə mübahisə edib.

Nəticədə qayınana kürəkən tərəfindən döyülüb. Xəsarət alan qadın yaralı vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.