Retroetiket, yaxud müasir dövrdə heyrət doğuran keçmiş NƏZAKƏT QAYDALARI


Digərləri 13 Noy 2017 08:09:00 469 0

Retroetiket, yaxud müasir dövrdə heyrət doğuran keçmiş NƏZAKƏT QAYDALARI

Davranış normaları ilə nəzakət qaydaları, demək olar ki, hər kəsə uşaqlıqdan bəllidir.

Lakin hər bir dövrün ədəb tərzi anlayışı özünəməxsusdur. Bir neçə əsr əvvəl əlləri süfrəyə silmək və ya uzanıqlı vəziyyətdə qida qəbul etmək tərbiyəli insanı müəyyən edən amil olaraq dəyərləndirilirdisə, müasir dövrdə bu hərəkətlər ən azından təəccüb doğurur. Son.az keçmişin əcaib nəzakət qaydalarına işıq salır.

Ürəkkeçmə (bayılma)

Məlum olduğu kimi, keçmiş yüzilliklərin həssas xanımları tez-tez huşunu itirirdilər. O dövrün xanımlarının alt paltarı kimi geyindikləri korsetlərin həddindən artıq kip bağlandığı üzündən, ürəkkeçmələrin oksigen çatışmazlığı nəticəsində baş verdiyinə dair fikir formalaşıb. Bu mülahizə qismən həqiqətə uyğundur. Lakin zamanla ürəkkeçmədən həssas suallara cavab verməkdən boyunqaçırma üsulu kimi istifadə olunmağa başlandı. Elə ətrafdakıların diqqətini cəlb etmək üçün də gözləri axdıraraq, nümayişkaranə şəkildə döşəməyə yıxılmağın özü də bir fənd idi.

Çarpayıda qida qəbulu

Müasir dövrdə ziyafət süfrələri arxasında oturacağın arxasına söykənmək ədəbsizlik sayılsa da, qədim dövrlərdə qonaqlıq iştirakçıları ümumiyyətlə uzanaraq yerlərini tuturdu. Qədim yunanlar sol əllərinə söykənərək, yeməklə şəraba sağ əllərini uzadırdılar. Bayramlara yalnız məhəbbət kahinələri buraxılırdı. Odur ki, uzanıqlı vəziyyət təkcə qida qəbulu üçün əlverişli sayılmırdı.


Xəbərə aid fotolar