Qripdən qorunmaq üçün bu qidaları yeyin


Digərləri 13 Noy 2017 07:28:00 268 0

Qripdən qorunmaq üçün bu qidaları yeyin

Qripdən qorunmaq üçün bir çoxumuzun ağlına ilk olaraq portağal, naringi, kivi, kök çox yemək gəlir. Ancaq mütəxəssislər suyun da ən az bu meyvə-tərəvəzlər qədər təsirli olduğunu söyləyir.

Son.az ailem.az-a istinadən türkiyəli məşhur dietoloq Canan Aksoy yüksək qızdırma, soyuq tər, titrəmə, yorğunluq hissi, sümük ağrıları, ishal, qusma ilə özünü göstərən xəstəliklə mübarizədə suyun əhəmiyyətinə diqqət çəkib: "İmmunitet sisteminiz güclü olsa da, kifayət qədər su içmirsinizsə, mikrobları və virusları bədəninizdən ata bilməzsiniz. Yetərli su içib-içmədiyinizi gündə neçə dəfə sidiyə çıxdığınızı yoxlayaraq bilərsiniz. Gündə 6-7 dəfə sidiyə gedirsinizsə və açıq rənglidirsə, deməli, içdiyiniz su kifayət miqdardadır".