ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb


Sosial 13 Noy 2017 06:16:36 259 0

ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Hadisə ölkənin Kentukki ştatında baş verib

ABŞ-ın Kentukki ştatının Qlazqo şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, təyyarə qəza yerindən 128 km aralıda yerləşən Somerset şəhər aeroportu istiqamətində hərəkətdə olub.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.