Makaron suyuna yağ tökməyin


Digərləri 13 Noy 2017 05:30:00 307 0

Makaron suyuna yağ tökməyin

Çox zaman gündəlik həyatda etdiyimiz işlərin fərqinə varmırıq, diqqət yetirmirik. Bu halda isə bəzən yanlışlıqlara yol verilir. Son.az ailem.az-a istinadən gündəlik həyatda etdiyiniz səhvlərlə sizi tanış edir.

Makaron suyuna yağ əlavə etmək   Bir çoxları makaron bişirmə mövzusunda professional olduğunu düşünür. Bəlkə də haqlısınız. Ancaq suyuna yağ əlavə edirsinizsə, tamamilə səhvdir. Yaxşı makaron bişirmək üçün 100 qram makarona 1,5 yarım litr su əlavə etmək lazımdır. Eyni zamanda, makaronun suyuna yağ əlavə etsəniz, hazırladığınız sousun makaronlara yapışmasına mane olacaq.

Duşda sabun çox istifadə etmək   Yaşlandıqca dərinin nəm tarazlığı dəyişir və dəri qurumağa başlayır. Davamlı sabun istifadə etmək dərinin nəm tarazlığını itirməsinə səbəb olur. Bu səbəbdən də dərinin nəm tarazlığını qorumaq üçün duşda sabundan az istifadə etməlisiniz.