Borut Pahor növbəti dəfə Sloveniyanın prezidenti seçilib


Digərləri 13 Noy 2017 04:34:56 231 0

Borut Pahor növbəti dəfə Sloveniyanın prezidenti seçilib

Sloveniyanın hazırki prezidenti Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.

Bakı. Sloveniyanın hazırki prezidenti Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb. Qeyd edək ki.ş oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Sloveniyada prezident 5 il müddətinə seçilir.