Borut Pahur yenidən Sloveniyanın prezidenti seçilib


Dünya 13 Noy 2017 03:43:20 279 0

Borut Pahur yenidən Sloveniyanın prezidenti seçilib

O, seçkilərinn II turunda 52,94 səs çoxluğu ilə qalib gəlib

Sloveniyada keçirilən prezident seçkilərinin II turunda 52,94 səs çoxluğu ilə Borut Pahur qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə yerli Dövlət Seçki Komissiyası bülletenlərin 99,98 faizinin hesablanmasından sonra məlumat yayıb.

Keçmiş komediya aktyoru və Kamnik əyalət şəhərinin meri Maryan Şarets 47,06 faiz səs toplayıb.

Seçkilərdə seçici iştirakı 41,74 faiz və ya təqribən 715 min nəfər təşkil edib.

Oktyabr ayında keçirilən birinci turda Borut Pahur səslərin 47,07 faizini, Maryan Şarets isə 24,97 faizini toplayıb.