Simbioz həyatın məhsulu


Digərləri 12 Noy 2017 23:55:00 293 0

Simbioz həyatın məhsulu

Unikal xüsusiyyətləri ilə tanınan çay göbələyi hələ eramızdan 259 il əvvəl Çində Xan sülaləsinə məlum idi. Ondan nəinki daxili xəstəliklərin müalicəsi, orqanizmin ümumi müqavimətinin yüksəldilməsi, həmçinin saç və dırnaqlara qulluq üçün də istifadə edilirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çinlilər onu sağlamlıq və ölməzlik eliksiri adlandırırdılar.

Elmi adı meduzomiset olan çay göbələyi həm də çay meduzası, kombuca, yapon göbələyi, yapon süngəri, çay kvası və digər adlarla da tanınır. Bəzi mənbələr onun vətəninin Seylon, digərləri isə Tibet olduğunu göstərilir. İndi onu dünyanın demək olar ki, hər yerində yetişdirirlər.

Çay göbələyi iki mikroorqanizmin- sirkə turşulu bakteriya və maya göbələklərinin simbioz həyatı nəticəsində yaranır. Çay göbələyinin tərkibindəki həmin orqanizmlər ona müalicəvi və qidalandırıcı xassələr verir. Xarici görünüşü meduzanı xatırladan çay göbələyinin üst səthi hamar və parlaq, alt səthi isə bir-birilə çarpazlaşan çoxlu saplardan ibarətdir. Göbələk alt səthinin hesabına qidalanır. Onun qidalanması üçün üzərinə əlavə olunan şirin çay müalicəvi təsirli kvasa çevrilir.

Birinci Dünya müharibəsi zamanı alman alimləri çay göbələyindən hətta süni dəri istehsal ediblər. Meksikada isə suya şirin əncir ataraq onu süni şəkildə yetişdirirlər. Çay göbələyinin 100-ə qədər növü var.