Sloveniyada prezident seçkilərinin qalibi məlum oldu


Dünya 12 Noy 2017 23:43:00 290 0

Sloveniyada prezident seçkilərinin qalibi məlum oldu

Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.   İlkin nəticələrə görə,  53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.   Qeyd edək ki.ş oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir.  Sloveniyada prezident 5 il müddətinə seçilir.