Fındığın 5 faydası


Digərləri 12 Noy 2017 23:45:00 314 0

Fındığın 5 faydası

Sinirləri sağlamlaşdırır

Tərkibindəki qida elementlərilə sağlamlıq mənbəyi olan fındıq, B6 vitamini baxımından zəngindir. B6 vitamini elektrik siqnallarının sürətini və məhsuldarlığını artıran və sinir sisteminin düzgün şəkildə işini təmin edən, sinirin örtüyü olan miyelinin yaradılması üçün lazımlı bir vitamindir. Ayrıca sinir sisteminin sağlam bir şəkildə funksiya göstərə bilməsi üçün seratonin, melatonin və epinefrin kimi hormonların ifraz olunması B6 vitamininin dəstəyi ilə olur.

Beyin sağlamlığını qoruyur Son.az deyerler.org-a istinadən bildirir ki, fındıqda kersetin və kaemferol kimi fitopkimyəvi maddələr var. Bu maddələr flavonoidlər olaraq adlandırılan bir qrupa aiddir. Flavonoidlər beyin sağlamlığını dəstəkləyir. Zehni və psixoloji olaraq insanın özünü daha yaxşı hiss etməsini təmin edir.

Tox tutur Fındıqdakı zülal, lif və yüksək yağ, toxluq hissini artırır, bu da həddindən artıq yeməyi önləməklə yüksək kalori qəbuluna mane olur. Ancaq normadan artıq fındıq istehlakı, tam əks təsir göstərərək kökəlməyə gətirib çıxarır! Çünki fındığın enerjisi olduqca yüksəkdir.

Pis xolesterolu salır Fındıq ürək sağlamlığını qoruyan sağlam yağlar ehtiva edir. Elmi araşdırmalar, nizamlı olaraq fındıq istehlak edən kəslərin infarkta görə olan ölüm riskini olduqca azaltdığını göstərir. Eyni zamanda fındıq dəmir, mis, maqnezium, kalium, fosfor, sink kimi mineralların təbii qaynağı olduğu üçün ürək sağlamlığını qoruyur.